07-11oktyabr, 2014
İŞTİRAKÇI SEÇİMİ ÜÇÜN ELAN
Azərbaycan Respublikası Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.
Təlim haqqında qısa məlumat:
Təlimin keçirilmə tarixi: 07-11 oktyabr, 2014
Məkan: Quba rayonu, ADİU-nun Tədris, idman və sağlamlıq mərkəzi
Təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır.
İştirakçılarınsayı: 30 nəfər
Təlim dili: Azərbaycan dili
İştirakçıya qoyulan tələblər:
- Ali pedaqoji təhsil;
- Pedaqoji iş təcrübəsi (ən az 2 il);
- Azərbaycan dilində sərbəst danışma, oxuyub anlama bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Məsuliyyətli;
- Əməkdaşlıq bacarığı;
- Fasilitasiya bacarığı.
Arzu olunandır:
- Hazırda müəllim olaraq çalışan;
- Respublikanın bölgələrinə getmə imkanı olan;
- Mütaliə vərdişi olan;
- Təlimçi kimi fəaliyyət göstərən.
Əlaqə
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir.
Müraciət üçün son tarix: 29 sentyabr 2014-cü il
Əlavə
Müraciət forması
İştirakçı haqqında ümumi məlumat
1. Ad, soyad, ata adı:
2. Doğum tarixi:
3. Şəhər/rayon:
4. İş yeri:
5. Vəzifə:
6. Telefon (mobil, ev):
7. E-poçt ünvanı:
8. Təhsil: □Bakalavr □ Magistr
9. Təhsil müəssisəsinin adı:
10. Məzun olduğu il:
11. İxtisas:
12.Oxu təlimidedikdə nə başa düşürsünüz?
13.Ən son oxuduğunuz kitab (əsər) hansıdır? Kitabın (əsərin) məzmun və ideyasını qeyd edin.
14. Ən son nə zaman kitab oxumusunuz?
□ son bir həftədə
□ son bir ayda
□ son bir ildə
□ bir neçə il əvvəl
□ uzun müddətdir kitab oxumuram
15.Müxtəlif növ mətnləri oxuyub anlama bacarığınızı necə qiymətləndirirsiniz?
□ qeyri- kafi
□ kafi
□ yaxşı
□ əla
16.Sizcə, şagirdlərin oxuyub anlama bacarıqlarının inkişafına mane olan amillər hansılardır?
17.Sizcə, hansı halda oxuyub anlama prosesi daha sürətlə gedir:
A) Sürətli oxu zamanı
B) Ləng (asta) oxu zamanı?
18. Şagirdlərin oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün hansı təklifləriniz var?
19. Təlimdə nə üçün iştirak etmək istəyirsiniz?
20. Təlimdən gözləntiləriniz nədir?