24.09.2014

Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı

(20 sentyabr 2014)

 

Əziz müəllimlər,

20 sentyabr 2014 - cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı. Nəticələrlə bakuedu.az saytından istifadə etməklə tanış ola bilərsiniz. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəniz haqqında məlumat əldə edə bilərsiniz. 

Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş “Müraciət forması”nı doldurmağınız xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcəkdir.

Qeyd:
∙ Yuxarıdakı məlumatları şəxsi “Buraxılış vərəqi”nizdən əldə edə bilərsiniz.
∙ Üç dəfədən artıq yalnış məlumat daxil etdiyiniz halda nəticələrə giriş bağlanır.
∙ Hər düzgün cavab 1(bir) balla qiymətləndirilir.

Sınaq Qiymətləndirilməsinin nəticələri