29.09.2014

Olimpiada qaliblərinin mükafatlandırılması

   29 sentyabr 2014 - cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAH) birgə yığıncağı keçirilmişdir.

   Yığıncaqda ali məktəb tələbələrinə və məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin qaliblərinə ATİAH Respublika Komitəsinin adlı təqaüdü təqdim edilmişdir.

   Təqdimatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev və Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramov da iştirak etmişlər.

   Tədbirdə çıxış edənlər olimpiada qaliblərini təbrik etmiş və onlara gələcək həyatlarında uğurlar arzulamışlar.