30.09.2014

15 №li İOE Uşaq – Gənclər İdman Məktəbi beynəlxalq turnirin qalibi oldu

    6 - 24 setyabr 2014 – cü il tarixində Qazaxıstanın Karaqanda şəhərində 1999 – 2001 – ci il təvəllüdlü qızlar arasında “Şaxterskoy Stoliçı” adlı II beynəlxalq voleybol turniri keçirilmişdir.

    İlk öncə 17 sentyabrda keçirilən turnirin seçmə oyunlarında 11 komanda rəqabət aparıb. Gərgin keçən mübarizə nəticəsində Bakı şəhəri 15 №li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər  İdman Məktəbinin (İOEUGİM) komandası 3:0 hesabı ilə qalib gələrək növbəti 6 komandanın təmsil olunduğu tura adlamışdır. Turnirin final mərhələsində Yekaterinburq, Omsk, Bakı, Koreya, Tümen və Karaqandanın komandaları qalibiyyət uğrunda mübarizə aparıb.

    18 sentyabrda keçirilən Bakı - Koreya yarışında 15 №li İOEUGİM – in komandası 3:0, 20.09.2014-cü ildə keçirilən Bakı - Omsk oyununda isə 15 №li İOEUGİM - in komandası 3:1 hesabı ilə qalib olub.

    21.09.2014 və 22.09.2014 - cü ildə keçirilən Bakı - Tümən və Bakı - Yekaterinburq oyunlarında 15 №li İOEUGİM - in komandası 3:0 hesabı ilə rəqib komandanı məğlub edib. Sonda Bakı və Karaqanda komandaları 12 xal yığsalarda Bakının 15 №li İOEUGİM - in komandası turnirin birincisi olub.

    Turnirin ən yaxşı iştirakçıları olan İlhamə Əliyeva, Valerya Zaqorskaya və Nelli Balşetistiviliyə qiymətli hədiyyələr təqdim olunub.