01.10.2014

Bir sıra təhsil işçiləri “Əməkdar Müəllim”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına və “Tərəqqi” medalına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil işçilərinə fəxri adların verilməsi və təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Azərbaycan təhsilinin inkişafı sahəsindəki xidmətlərinə görə bir sıra təhsil işçiləri “Əməkdar Müəllim”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına və “Tərəqqi” medalına layiq görülüb.

Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (http://edu.gov.az/view.php?lang=az&menu=73&id=9196)

Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (http://edu.gov.az/view.php?lang=az&menu=73&id=9195)