02.10.2014

TƏBRİK EDİRİK!

    Müəllim adı tarixən həmişə fədakarlıq, əzm, vətənə və millətə sevgi, insanpərvərlik anlayışları ilə birgə xatırlanıb. Müəllim olmaq ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın gələcəyinin daha möhkəm təməllər üzərində qurulması yolunda onların əməyi ölçüyəgəlməzdir. Hörmətli prezidentimiz İlham Əliyev cənablarının təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO – nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin himayədarı kimi yorulmaz fəaliyyəti təhsil işçilərini Azərbaycan xalqı və dövlətinə xidmətinə daha da ruhlandırır.

    Təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri adlandıran möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamları ilə hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir çox müəllim fəxri ada, dövlət təltiflərinə layiq görülür. Bu il də Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar mükafat alanları, onların simasında ölkəmizin bütün təhsil işçilərini təbrik edir, möhkəm cansağlığı və şərəfli işlərində daha böyük uğurlar arzulayırıq.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 30 sentyabr 2014 – cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyindəki ümumtəhsil müəssisələrində çalışan “Əməkdar müəllim” fəxri adına layiq görülən və “Tərəqqi” medalı ilə təltif edilən müəllimlərimizin siyahısını sizə təqdim edirik.

 

“Əməkdar müəllim”

Məmmədov Rafik İslam – 135 saylı məktəb

İsmayılova Almaz Mövsüm - 244 saylı məktəb

Məmmədova Natella Məmməd – 30 saylı məktəb

Həsənov Kamandar Əbdulkərim - 83 saylı məktəb

Mirzəyeva Gülarə Ağəli – 194 saylı məktəb

Məmmədov Şamxal Paşa – 287 saylı məktəb

Hüseynov Famil Hüseyn – Heydər Əliyev liseyi

Səfərov Rövşən Feyruz – Zəngi liseyi

Hüseynova Solmaz Cəbrayıl - 36 saylı məktəb

Musayeva Esmira Hümbət - Bakı Modern Məktəbi

İbrahimova Gültəkin Mustafa – 23 saylı məktəb

Hüseynova Qismət Məhərrəm - 54 saylı məktəb

Musayev Nəsib Musa - Elitar gimnaziya

Əliyev İsfəndiyar İsa – 129 saylı məktəb

Sadıxova Həcər Əhməd - Kimya-biologiya təmayüllü lisey

Tahirova Natavan Kamil – 132 – 134 № -li təhsil kompleksi

Əskərova Solmaz Hacıəhməd – İntellekt

Babayeva Sevinc Fərəməz - 153 saylı məktəb

Mustafazadə Fatma Abbas - 20 saylı məktəb

Rəşidova Sevda Ağarəhim - Avropa liseyi

Nəcəfova Nigar Fikrət – İncəsənət gimnaziyası

Əzizova Aygün Ələfsər - Z.Əliyeva adına lisey-məktəb

 

 

“Tərəqqi medalı”

Məmmədova Şirincan Əvəz – 126 saylı məktəb

Abdullayeva İlhamə Sarif – 261 saylı məktəb

Səfərova Gülnarə Sabir - Zəngi liseyi

Qədirova Rəna Balahüseyn – 26 saylı məktəb

Babayeva Kəmalə Ələkbər – 193 saylı məktəb

Əlizadə Sevda Cavanşir – Ankara məktəbi

Nağıyeva Sədaqət Sənan – Tərəqqi

Qasımov Qəhrəman Məhəmmədəli - 238 saylı məktəb

Əfəndiyeva İradə Ağəli – 160 saylı məktəb

Həşimova Aygün Baba – 189 - 190 saylı məktəb

Abdullayeva Viktoriya Vasilyevna – İntellekt

İmanov Elmin Allahverdi – İntellekt

Məlikova İradə Telman - Xarici dillər təmayüllü gimnaziya

Ağayeva Rəna Səməd – 18 saylı məktəb

Cəfərzadə Kəmalə Əhməd – Avropa liseyi

Rüstəmov Aynur Xanlarc – Avropa liseyi

Rzayeva Səmayə İslam - İncəsənət Gimnaziyası