07.11.2014

Film seansları davam edir

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Park Cinema” kinoteatrlar şəbəkəsi arasında uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, təhsildə fərqlənən şagirdləri stimullaşdırmaq, Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq və yeniyetmələr arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaq məqsədi ilə keçən tədris ilindən başlayan əməkdaşlıq davam edir.

     Belə ki, yeni tədris ilindən başlayaraq Yasamal, Nərimanov və Xətai rayonlarındakı ümumtəhsil məktəblərinin əlaçı şagirdlərinə  “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metropark”  və “Parkbulvar” alış - veriş mərkəzlərində yerləşən kinoteatrlarında göstərilən film və animasiyaları təmənnasız izləmə şəraiti yaradılmışdır.

     Hazırda Nəsimi və Binəqədi rayonlarındakı ümumtəhsil məktəbləri üçün  davam edən seanslar uşaqlar tərəfindən böyük maraqla qarşılanır. Şagirdlərin marağını nəzərə alaraq film seanslarının silsilə halına gətirilməsi və digər rayonlar üçün də təşkil edilməsi nəzərdə tutulmuşdur.

     Qeyd edək ki, yeni tədris ilindən başlayaraq 21289 nəfər əlaçı şagirdin iştirak etdiyi film seansları həftənin 5 günü 2 seans olaraq göstərilir.