07.11.2014

Yasamal və Suraxanı rayonlarında səyyar qəbullar keçirilib

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar Suraxanı və Yasamal rayonlarında keçirilmişdir. Yasamal rayonu üzrə 18 №li məktəbdə keçirilən səyyar qəbulda 18, 20, 31, 38, 52, 150, 161, 225, 286, 308 №li məktəblərin, 7 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Tennis İdman Məktəbi, 8 №-li İxtisaslaşdırılmış Olimpiya  Ehtiyyatları Şahmat Dama İdman Məktəbi, 11 №-li Uşaq-Gənclər İdman Məktəbininmüəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

      Suraxanı rayonu üzrə 317 №li məktəbdə keçirilən səyyar qəbula isə Zığ qəsəbəsində yerləşən 65, 317, Dədə Qorqud qəsəbəsində yerləşən 315, Hövsan qəsəbəsində yerləşən 76, 118, 196, 270, 280, 281 №li məktəblərin, 40 №-li Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət etmişlər.

      Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Suraxanı rayonu üzrə 11 müraciət, Yasamal rayonu üzrə isə 14 müraciət qəbul edilmişdir.

      Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, məktəblərin birnövbəli sistemə keçməsi ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.