12.11.2014

Məktəlilərin otüstü hokkey festivalı başa çatıb

      Azərbaycan Otüstü Hokkey Federasiyası, Bakı şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə keçirilən otüstü hokkey üzrə Bakı şəhər açıq festivalı noyabrın 9 – da başa çatıb. Azərbaycanda otüstü hokkeyin yaranmasının 45-ci ildönümünə həsr olunan festival 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında baş tutub. Festivalın finalında 8 komanda mübarizə aparıb. Yekun nəticələrə görə, qızlar arasında I yeri 149 (Xəzər), II yeri 117 (Xəzər), III yeri 233 (Qaradağ) saylı məktəblərin komandaları, oğlanlar arasında I yeri 2 № -li Uşaq Evi,  II yeri 22 (Sumqayıt), III yeri 117 (Xəzər) saylı məktəblərin komandaları tutub.                     

       Yarışın yekununda I, II və III yerləri tutan komandalara təşkilatçı təşkilatların diplomları və müvafiq kubokları verilib. Festivalın ən yaxşı oyunçularına isə federasiyanın qiymətli hədiyyələri təqdim olunub.

       Qeyd edək ki, qızlar arasında gedən yarışda Xəzər rayonu 117 № -li məktəbin şagirdi Gülşən Hüseynova “Ən məhsuldar hücumçu", Qaradağ rayonu 233 № - li  məktəbin şagirdi Ayşən Orucova isə “Ən yaxşı oyunçu” üçün təsis olunan mükafata sahib olublar.

       Oğlanların yarışında “Ən məhsuldar hücumçu” nominasiyası üzrə Sumqayıt şəhəri 22 № - li məktəbin şagirdi Cəsarət Abduləzizov və “Ən yaxşı oyunçu” nominasiyası üzrə isə 2 № -li Uşaq Evinin şagirdi Murad Muradov mükafata layiq görülüblər.