02.12.2014

Açıqlama

Bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan evakuasiya edilmiş, təhlükəsizlik tədbirləri görülmüşdür.

Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməmiş, oksigen norma daxilində olmuşdur.

Qeyd edək ki, məktəb binası daxilində ümumiyyətlə qaz xətləri mövcud deyildir.

Sabahdan etibarən tədris prosesi bərpa olunacaqdır.