04.12.2014

Nizami və Xətai rayonlarında səyyar qəbullar keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

       Qeyd edək ki, növbəti səyyar qəbullar Nizami və Xətai rayonlarında keçirilmişdir. Nizami rayonu üzrə 70 №li məktəbdə keçirilən səyyar qəbulda 10, 70, 109, 129, 242, 272, 277 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

       Xətai rayonu üzrə 95 №li məktəbdə keçirilən səyyar qəbula isə  17, 25, 29, 64, 95,138, 221, 261 və 287 №-li №-li məktəblərin müəllim və valideynləri müraciət etmişlər.

       Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Nizami rayonu üzrə 23 müraciət, Xətai rayonu üzrə isə 11 müraciət qəbul edilmişdir.

       Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sistemi, məktəblərin birnövbəli sistemə keçməsi, məktəblərdə elektron lövhələrin və internetin bütün sinif otaqlarında olması, şagirdlər üçün öz məktəblərində sınaq imtahanlarının təşkil edilməsi ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.