10.12.2014

Bu həftəki səyyar qəbulların yeri və tarixi

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar dekabrın 13 - ü Binəqədi və Xəzər rayonlarında keçiriləcək. Binəqədi rayonu üzrə 284 №li məktəbdə keçiriləcək səyyar qəbula Biləcəri qəsəbəsində yerləşən 284, 297, 298, 299, Sulutəpə qəsəbəsində yerləşən 217, Xocahəsən qəsəbəsində yerləşən 103, 28 May qəsəbəsində yerləşən 306 №li məktəblərin, 26 №-li Uşaq və Gənlərin Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

      Xəzər rayonu üzrə 183 №li məktəbdə keçiriləcək səyyar qəbula isə Mərdəkan qəsəbəsində yerləşən 123, 181, 183, 3 saylı sanatoriya Gindes, Şüvəlan qəsəbəsində yerləşən 156, 237,Şağan qəsəbəsində yerləşən 124,Şimal DRES qəsəbəsində yerləşən 230 №li məktəblərin, 16 №-li Uşaq-Gənclər İdman  Məktəbinin, 28 №-li Uşaq  Yaradıcılıq Mərkəzinin, 38 №-li  Texniki Yaradıcılıq  Mərkəzinin, 43 №-li Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

      Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

      Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.