16.12.2014

Bu həftəki səyyar qəbulların yeri və tarixi

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar dekabrın 20 - si Binəqədi və Qaradağ rayonlarında keçiriləcək. Binəqədi rayonu üzrə 182 №li məktəbdə keçiriləcək səyyar qəbula 179, 182, 205, 300, 301, 314 №li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

      Qaradağ rayonu üzrə 274 №li məktəbdə keçiriləcək səyyar qəbula isə Müşfiqabad qəsəbəsində yerləşən 274, 320 №liməktəblərin, 41 №-li Texniki Yaradıcılıq Mərkəzi və 44 №-li Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

      Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

      Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.