Azərbaycan Respublikasının Avropaya sürətlə inteqrasiyası zamanında beynəlxalaq dil olan ingilis dilinin məktəblərdə tədrisinə böyük önəm verilir. Tədris prosesində xarici dilin dərindən mənimsənilməsi, şagirdin xarici dilə daha çox maraq göstərməsi müəllimlərin pedaqoji ustalığından asılıdır.
Bunları nəzərə alaraq Bakı şəhəri 5 № -li tam orta məktəbdə 25 dekabr 2014 –cü il tarixində ingilis dilinin innovativ yolla öyrədilməsi məqsədilə ibtidai sinif şagirdlərindən ibarət xor kollektivləri arasında “Merry Christmas” başlığı altında ingilis dilində ifa olunan mahnı festivalı keçirilib. Festivalda 27 - dən çox xor kollektivi iştirak edib.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlərdə musiqi duyumunu, estetik zövqü, səhnə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda ingilis dilinin leksik və fonetik mənimsəmə vərdişlərinə intensiv və innovativ yolla yiyələndirməkdən ibarət idi.
Tədbir boyu aparıcıların, xor kollektivlərinin ingilis dili ilə bağlı qabiliyyət və bacarıqları tədbirdə iştirak edən valideynlərin və qonaqların böyük marağına səbəb olub.
Sonda məktəb rəhbərliyi tədbirin keçirilməsində əməyi olan bütün ingilis dili müəllimlərinə təşəkkürünü bildirib.