Bakı şəhər 14 № - li Uşaq – Gənclər İdman Məktəbinin yetirmələrinin nailiyyətləri artmaqda davam edir.
10-17 dekabr 2014-cü il tarixində Gürcüstanın Batumi şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə Türkiyə, Gürcüstan və Azərbaycanı təmsil edən idmançılar iştirak etmişdir. Ümumilikdə 120 nəfər idmançı 6 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.
Beynəlxalq turnir 12 - 14 yaş qrupları üzrə təşkil olunmuşdur.
Nəzərinizə çatdıraq ki, yarışda Bakı şəhər 14 № - li Uşaq – Gənclər İdman Məktəbini on idmançı təmsil edib. Onlardan Əsədov Cabir Pəhləvan oğlu 42 kq – lıq çəki üzrə I yerə, Əbilov Tofiq Yadigar oğlu 50 kq – lıq, Bağırov Murad Mehdi oğlu 73 kq – lıq çəki üzrə II yerə, Xəlilzadə Elgün Teymur oğlu 46 kq – lıq, Əlizadə Nicat Azər oğlu 46-lıq çəki üzrə III yerə layiq görülmüşdür.