27.01.2015

BŞTİ tərəfindən keçirilən müsabiqənin ikinci mərhələsi başa çatıb

Ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 24-25 yanvar tarixlərində imtahan keçirilmişdir.

Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarətdir və imtahanda I mərhələdə (17-24 noyabr tarixlərində) bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak etmişdir.

 

Belə ki, yanvarın 24-ü laborantlığa namizədlər üçün keçirilən imtahanda 245 nəfər, yanvarın 25-i təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə 149 nəfər, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vazifəsi üzrə namizədlər üçün imtahanda isə 45 nəfər iştirak etmişdir.

İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəkdir.

Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək vəvakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaqdır. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.