27.01.2015

Nərimanov, Binəqədi və Səbail rayonlarında səyyar qəbullar keçirilib

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

 Qeyd edək ki, növbəti səyyar qəbullar Nərimanov, Binəqədi və Səbail rayonlarında keçirilmişdir. Nərimanov rayonu üzrə 82 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 37, 39, 45, 57, 82, 93, 116 (axşam), 178, 193, 193 (axşam), 212, 291 nömrəli məktəblərin, 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin, 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat Dama İdman Məktəbinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

Binəqədi rayonu üzrə 115 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda Rəsulzadə qəsəbəsində yerləşən 30, 99, 100, 115 nömrəli məktəblərin, 9 – cu mikrorayonda yerləşən 144, 157, 267, 42 nömrəli məktəblərin, Gənc Turistlərin və Diyarşünaslıq Mərkəzininmüəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

        Səbail rayonu üzrə 236 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 49, 91, 203, 163, 236, 239, 329 nömrəli məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir. 

         Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Nərimanov rayonu üzrə 27, Binəqədi rayonu üzrə 10, Səbail rayonu üzrə isə 9 müraciət qəbul edilmişdir.

 Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sistemi, bufetlərdə isti yeməklərin verilməsi, birinci sinfə qəbul, məktəblərin birnövbəli sistemə keçməsi, akt zalı və idman zallarının müasir avadanlıqlarla təchiz olunması, məktəbəqədər hazırlıq kurslarının sayının artırılması ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.