27.01.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonları üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar yanvarın 30 – da Səbail, Sabunçu və Nərimanov rayonlarında keçiriləcək. Səbail rayonu üzrə 189-190 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 87, 160, 189-190 nömrəli məktəblərin və 2 nömrəli Uşaq Gənclər Şahmat İdman məktəbinin müəllim və valideynləri müraciət edə bilərlər.

Sabunçu rayonu üzrə 252 nömrəliməktəbdə keçiriləcək səyyar qəbula Bakıxanov qəsəbəsində yerləşən  72, 74, 94, 96, 107, 169, 213, 252, 271, 309 nömrəli məktəblərin, 17 nömrəli UGİM, 30 nömrəli UYM,39 nömrəli TYM və 47 nömrəli Məktəbdənkənar iş mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Nərimanov rayonu üzrə Məktəb Lisey Kompleksində keçiriləcək səyyar qəbula isə 36, MLK, 258 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.