02.02.2015

Savadlı gənclərimiz - uğurlu sabahımızdır

Bu gün 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “Savadlı gənclərimiz - uğurlu sabahımızdır” adlı 2 Fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın istedadlı və tanınmış gənclərini uşaqlara tanıtmaq və ulu öndərimiz tərəfindən təyin olunmuş Gənclər gününü qeyd etməkdir. Tədbirdə gənc və istedadlı bəstəkar, beynəlxalq müsabiqələr laureatı, Bəstəkarlar İttifaqının üzvü Pikə Axundova, yazıçı Aydın Ədilxanov, Gənc Tamaşaçılar Teatrının aktyorları- Respublikanın əməkdar artisti Almaz Mustafayeva, aktyorlar Elşən Şirəliyev, Eşqin Quliyev,  Elnur Kərimov, aktyor müğənni İlham Əsədov,  karate üzrə Avropa və dünya çempionu Vaqif  Haciyev,  Mərkəzimizin fəal üzvü cüdo üzrə idmançı Əliağa Qarayev, Rəssamlar İttifaqının üzvü Elnur Mahmudov iştirak etmişdir.

Tədbirə 200-ə yaxın uşaq cəlb olunmuşdur. “Milli rəqs” dərnəyinin ifasında  “Yallı” , “Qaraçı” rəqsi ifa olunmuş, Pikə xanımın ifasında əsər, Mərkəzin dərnək üzvü Kərimli Aytəkinin ifasında  “Sarı gəlin” mahnısı dinlənilmişdir.

 Tədbirdə yazıçı Aydın Ədilxanov çıxış etmiş, həmçinin, Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən “MSS- Mən səni sevirəm” tamaşasından uşaqlara bir parça təqdim olunmuş, aktyor Elnur Kərimov uşaqlara teatr haqqında geniş məlumat vermişdir.

Gənclər gününə həsr olunmuş tədbirdə İlham Əsədovun ifasında şux mahnılar dinlənilmiş, “Günəş” rəsm studiyasının dərnək üzvləri tərəfindən hazırlanmış  sərgi nümayiş olunmuşdur.

Tədbirin təşkilində və gedişatında fərqlənən uşaqlar aktyorlar tərəfindən diplomlarla təltif olunmuşdur.

Sonda tədbirdə iştirak edən qonaqlar Mərkəz tərəfindən Təşəkkürnamə ilə təltif olunmuşdur. Mərkəzin şöbə müdiri Fəridə Süleymanova tədbir iştirakçılarını bir daha Gənclər günü münasibətilə təbrik etmişdir.