03.02.2015

Səbail, Sabunçu və Nərimanov rayonlarında səyyar qəbullar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

 Qeyd edək ki, növbəti səyyar qəbullar yanvarın 30 – da Səbail, Sabunçu və Nərimanov rayonlarında keçirilmişdir. Səbail rayonu üzrə 189-190 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 87, 160, 189-190 və 2 nömrəli Uşaq Gənclər Şahmat İdman məktəbinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.

Sabunçu rayonu üzrə 252 nömrəliməktəbdə keçirilmiş səyyar qəbulda Bakıxanov qəsəbəsində yerləşən  72, 74, 94, 96, 107, 169, 213, 252, 271, 309 nömrəli məktəblərin, 17 nömrəli UGİM, 30 nömrəli UYM,39 nömrəli TYM və 47 nömrəli Məktəbdənkənar iş mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.

Nərimanov rayonu üzrə MLK-da keçirilmiş səyyar qəbulda isə 36, MLK, 258 nömrəli məktəblərin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.

Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Səbail rayonu üzrə 8 müraciət, Sabunçu rayonu üzrə 13, Nərimanov rayonu üzrə isə 16 müraciət dinlənilmişdir.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sistemi, bufetlərdə isti yeməklərin verilməsi, akt zalı, idman zallarının müasir avadanlıqlarla təchiz olunması, mühafizə sistemi, məktəb yaxınlığında yeraltı keçidlərin olmaması, texnologiya fənninin praktik keçirilməsi ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.