03.02.2015

Gənclər siyasəti-dövlət siyasətinin mühüm tərkib hissəsidir

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir, çünki ölkənin gələcəyi, müqəddəratı gənclərdən asılıdır.

Bu səbəbdən 1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalandı.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilən bu gün hər il ölkəmizdə xüsusi qeyd olunur, müxtəlif sahələrdə uğur qazanan gənclərimiz fərqləndirilir.

 

 O cümlədən, ümumtəhsil məktəblərində də bu günün qeyd edilməsinə xüsusi yer verilir.

Həmin məktəblərimizdən biri də 5 nömrəli tam orta məktəbdir ki, Gənclər gününə həsr olunmuş  “Gənclər siyasəti-dövlət siyasətinin mühüm tərkib hissəsidir” adlı tədbir keçirib.

Tədbirdə Nəsimi rayon 19-cu polis bölməsinin yeniyetmələr üzrə inspektoru Irzaquliyev Vaqif və məktəbin  “Şagirddən tələbəyə doğru” layihəsi çərçivəsində  Azərbaycan Respublikası İncəsənət və Mədəniyyət, həmçinin xarici Dillər universitetlərinin bir qrup tələbələri qonaq qismində iştirak etdiblər.

Tədbir  yuxarı sinif şagirdlərinin  təqdimatında “Qadın zorakılığı”  tamaşası ilə başlanıb.  

Zalda əyləşən iştirakçıların qadın zorakılığına qarşı diqqətini cəlb etmək üçün tədbir iştirakçıları olan şagirdlər xüsusi qrimlənmiş üzlərlə “İnsan zorakılığına,yox deyirik!” başlığı altında şüarlar səsləndiriblər.

Tədbirin ikinci hissəsində məktəbin musiqi, idman və elm sahəsində Respublika, Avropa miqyasında tanınan istedadlı şagirdləri çıxış etdiblər.

Tədbirin sonunda məktəb özünüidarə orqanı  - şagird parlamentinin sədri 9-cu sinif şagirdi Musəvi Aysel yuxarı sinif şagirdləri adından Dövlətimizə, Prezidentimizə gənclər üçün yaradılan bütün imkanlara görə təşəkkürünü bildirib.

Məktəb rəhbərliyi tərəfindən təhsildə və məktəbin ictimai həyatında fərqlənən istedadlı şagirdlərə xüsusi diplomlar təqdim edilib.

 

***

 

186 nömrəli tam orta məktəbdə 2 Fevral “Gənclər günü” münasibətilə “Azərbaycan gəncini necə görmək istəyirəm” mövzusunda seminar keçirilib.

 Seminar Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan olunduqdan sonra məktəbin direktoru Arif Xankişiyev 2 Fevral “Gənclər günü” münasibətilə şagirdləri təbrik edib, onlara xoş arzularını bildirərək müasir Azərbaycan gəncinə göstərilən dövlət qayğısından danışıb.

Seminarda məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova çıxış edib və təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, hazırda həmin siyasət daha qətiyyətlə həyata keçirilməsindən söz açıb. Seminarda gəncləri  maraqlandıran mövzular ətrafında müzakirə aparılıb, onların sulları cavablandırılıb.

Sonda seminarın mövzusu əsasında şagirdlərlə müzakirə aparılıb.