03.02.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar fevralın 6 – da Nəsimi və Nizami rayonlarında keçiriləcək. Nəsimi rayonu üzrə 240 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 54, 111, 159, 211 və 240 nömrəli məktəblər və Texniki Humanitar Liseyin müəllim və valideynləri müraciət edə bilərlər.

Nizami rayonu üzrə 220 nömrəliməktəbdə keçiriləcək səyyar qəbula 61, 62, 210, 220, 250, 251 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00-da (Nizami rayonu), 10:30-da (Nəsimi rayonu) başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.