06.02.2015

Teatr uşaqların gözü ilə

Fevralın 5-i Bakı Şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi “Günəş” rəsm studiyası üzvlərinin Gənc Tamaşaçılar Teatrının əməkdaşları ilə“Teatr uşaqların gözü ilə” mövzusunda görüşü keçirilmişdir. Gənc Tamaşaçılar Teatrında keçirilən bu görüşdə uşaqlar teatrın səhnə arxası fəaliyyəti ilə tanış olmuşlar.

Qrim sexində qrimlərin hazırlanması,  tikiş sexində tamaşalar üçün geyimlərin hazırlanması haqqında onlara geniş məlumat verilmişdir.  Daha sonra onlar  geyimlərin saxlanıldığı otaqda, səs rejissorunun otağında, məşq zalında, butoforda, teatrın dekorasiyaları hazırlanan rəsm sexində və tamaşaçı zalında olmuşlar. Qrim ustalarının, modelyer-rəssamların işləri, dekorasiyaların hazırlanması uşaqların marağına səbəb olmuşdur.

Görüşün keçirilməsində  məqsəd uşaqların estetik zövqünü yüksəltmək,  teatra olan marağı artırmaq və teatrın  rəssamlıq sənəti ilə sıx bağlı olduğunu göstərməkdir.

Fevralın 11-də Gənc Tamaşaçılar Teatrında “Teatr uşaqların gözü ilə” mövzusunda  keçiriləcək açıq dərsdə birgə çəkiləcək rəsm əsərləri uşaqların  teatr  fəaliyyətini daha dolğun təsvir etmələrinə kömək edəcəkdir.