25.02.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar fevralın 27 – i Nizami, fevralın 28 – i isə Nərimanov rayonlarında keçiriləcək. Nizami rayonu üzrə 12 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 10, 12, 32, 61, 62, 70, 109, 129, 145, 201, 210, 214, 220, 227, 229, 238, 242, 250, 251, 272, 277, 312, 328 nömrəli məktəblər və 36 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Nərimanov rayonu üzrə 258 nömrəliməktəbdə keçiriləcək səyyar qəbula isə 34, 36, 37, 39, 45, 47, 57, 73, 82, 93, 177, 178, 193, 202, 207, 212, 258, 291, 304, Məktəb Lisey Kompleksi, 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbi, 10 nömrəli Uşaq - Gənclər İdman Məktəbi və 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.