Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.
Qeyd edək ki, növbəti səyyar qəbullar fevralın 27 – i Nizami, fevralın 28 – i isə Nərimanov rayonlarında keçirilmişdir.Nizami rayonu üzrə 12 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 10, 12, 32, 61, 62, 70, 109, 129, 145, 201, 210, 214, 220, 227, 229, 238, 242, 250, 251, 272, 277, 312, 328 nömrəli məktəblər və 36 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.
Nərimanov rayonu üzrə 258 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 34, 36, 37, 39, 45, 47, 57, 73, 82, 93, 177, 178, 193, 202, 207, 212, 258, 291, 304, Məktəb Lisey Kompleksi, 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbi, 10 nömrəli Uşaq - Gənclər İdman Məktəbi və 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.
Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Nizami rayonu üzrə 16 müraciət, Nərimanov rayonu üzrə isə 6 müraciət dinlənilmişdir.
Əsas müraciətlər akt zalı və əlavə korpusların tikilməsi, məktəblərin təmir edilməsi, məktəblərin birnövbəli sistemə keçməsi və mühafizə sisteminin təşkili ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.