04.03.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar martın 5 – i Xətai, Binəqədi, martın 7 –si isə Sabunçu rayonlarında keçiriləcək. Xətai rayonu üzrə 56 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 17, 24, 25, 27, 29, 48, 55, 56, 58, 59, 63, 64, 86, 95, 98, 116, 138, 147, 165, 171, 191, 194, 204, 221, 245, 249, 254, 257, 260, 261, 263, 264, 265, 269, 287  nömrəli məktəblər və 15 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 22 nömrəli Yaradıcılıq Mərkəzi və 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

 Binəqədi rayonu üzrə 126 nömrəli məktəbdə  keçiriləcək səyyar qəbula 3, 30, 83, 99, 100, 102, 103, 115, 126, 135, 143, 144, 157, 179, 182, 205, 217, 244, 246, 248, 267, 276, 283, 284, 297, 298, 299, 300, 301, 306, 313, 314 nömrəli məktəblər və 3 nömrəli Uşaq – Gənclər Şahmat İdman Məktəbi, 14 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 26 nömrəli Uşaq – Gənclər Yaradıcılıq Mərkəzi, 27 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin  müəllim və valideynləri müraciət edə bilərlər.

Sabunçu rayonu üzrə 310  nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 4, 22, 67, 68, 69, 71, 72, 74, 75, 78, 80, 81, 90, 94, 96, 107, 108, 112, 113, 128, 130, 137, 142, 148, 155, 169, 170, 187, 188, 192, 198, 209, 213, 215, 252, 255, 259, 271, 293, 295, 296, 305, 307, 309, 310, 311 nömrəli məktəblər və 17 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 30 nömrəli nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 31 nömrəli nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 39 nömrəli Texniki Yaradıcılıq Mərkəzi və 47 nömrəli  Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.