10.03.2015

Xətai, Binəqədi və Sabunçu rayonlarında səyyar qəbullar keçirilib

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki,növbəti səyyar qəbullar martın 5 – i Xətai, Binəqədi, martın 7 –si isə Sabunçu rayonlarında keçirilmişdir. Xətai rayonu üzrə 56 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 17, 24, 25, 27, 29, 48, 55, 56, 58, 59, 63, 64, 86, 95, 98, 116, 138, 147, 165, 171, 191, 194, 204, 221, 245, 249, 254, 257, 260, 261, 263, 264, 265, 269, 287  nömrəli məktəblər və 15 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 22 nömrəli Yaradıcılıq Mərkəzi və 33 nömrəli Uşaq YaradıcılıqMərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.       

Binəqədi rayonu üzrə 126 nömrəli məktəbdə  keçirilmiş səyyar qəbulda 3, 30, 83, 99, 100, 102, 103, 115, 126, 135, 143, 144, 157, 179, 182, 205, 217, 244, 246, 248, 267, 276, 283, 284, 297, 298, 299, 300, 301, 306, 313, 314 nömrəli məktəblər və 3 nömrəli Uşaq – Gənclər Şahmat İdman Məktəbi, 14 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 26 nömrəli Uşaq – Gənclər Yaradıcılıq Mərkəzi, 27 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.        

Sabunçu rayonu üzrə 310  nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 4, 22, 67, 68, 69, 71, 72, 74, 75, 78, 80, 81, 90, 94, 96, 107, 108, 112, 113, 128, 130, 137, 142, 148, 155, 169, 170, 187, 188, 192, 198, 209, 213, 215, 252, 255, 259, 271, 293, 295, 296, 305, 307, 309, 310, 311 nömrəli məktəblər və 17 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 30 nömrəli nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 31 nömrəli nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 39 nömrəli Texniki Yaradıcılıq Mərkəzi və 47 nömrəli  Məktəbdənkənar Tərbiyə işiMərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.        

Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Xətai rayonu üzrə  müraciət, Binəqədi rayonu üzrə müraciət, Sabunçu rayonu üzrə isə müraciət

Əsas müraciətlər əlavə korpusların tikilməsi, məktəblərin təmir edilməsi və mühafizə sisteminin təşkili ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.