Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.
Qeyd edək ki, növbəti səyyar qəbullar martın 13 – ü Suraxanı və Qaradağ rayonlarında keçiriləcək. Suraxanı rayonu üzrə 84 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 65, 76, 79, 84, 85, 87, 89, 97,101,104, 114, 118, 140, 141, 146, 154, 196, 208, 226, 232, 270, 275, 278, 279, 280, 281,282, 285, 290, 315, 316, 317, 318, 327 nömrəli məktəblər və 18 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 32 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 40 nömrəli Texniki Yaradıcılıq Mərkəzi, 45 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və 48 nömrəli Tərbiyə İşi Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.
Qaradağ rayonu üzrə 166 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 105, 106,110, 127, 139, 166, 180, 184,195, 197, 222,223,224,228, 233, 253, 273,274, 288, 294, 302, 303, 319, 320, 321 nömrəli məktəblər və 19 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 33nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 41 nömrəli Texniki yaradıcılıq Mərkəzi və 44 nömrəliŞagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10:00 – da (Suraxanı), saat 13:30 – da (Qaradağ) başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.