11.03.2015

“Xəyallardan gerçəyə” adlı xeyriyyə tədbiri keçirilib

Martın 7-si “8 mart - Beynəlxalq Qadınlar günü” münasibətilə  Müharibə və Əmək Əlilləri Pansionatında Bakı şəhəri Yeniyetmələrin 23 №-li Yaradıcılıq Mərkəzi “Xəyallardan gerçəyə” adlı bayram tədbiri keçirmişdir. Açılışı Yeniyetmələrin 23 №-li Yaradıcılıq Mərkəzinin direktoru Könül Hüseynova edərək tədbirin məqsədlərindən söz açmış, tədbirdə iştirak edən qadınları səmimi qəlbdən təbrik etmişdir.

Musiqili, əyləncəli səhnələr göstərməklə qocaların ürəyini açmaq, eyni zamanda uşaqların qəlbində onlara qarşı sevgi, mərhəmət, qayğı kimi dəyərləri formalaşdırmaq məqsədi ilə təşkil olumuş mərasimdə mərkəzin 40-a yaxın dərnək üzvü öz istedad və bacarıqlarını nümayiş etdirmişdir. Uşaqların söylədiyi mahnılar və şeirlər, eləcədə dünya xalqlarının rəqsləri, nağıl personajlarından ibarət parçalar, muğam üçlüyü tədbirə  gözəllik və  rəngarənglik qatmış, dahi rus şairi Mixail Lermantovun əsərlərindən  şagirdlərin oynadığı tamaşa parçaları da maraqla qarşılanmışdır.

Müəllim və şagirdlər öz ürək sözlərini yaşlı, kimsəsiz, sevgiyə və qayğıya möhtac  insanlara bildirmişlər. Tədbirdə ahıl insanlar da uşaqlar birlikdə əylənmişlər.

 Tədbirdə çıxış edən qonaqlar - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev, Müharibə və Əmək Əlilləri Pansionatının müdiri Qətibə Əsədova dərnək üzvlərinə təşəkkürünü və tövsiyələrini bildirmişlər.

Mərasimdə ahıl insanlar da öz  ürək sözlərini ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza və bununla yanaşı  Yaradıcılıq Mərkəzinin müəllim və şagird kollektivinə minnətdar olduqlarını bildirmişlər.

 Sonda burada yaşayan ahıllara bayram münasibəti ilə hədiyyələr paylanmış və Yeniyetmələrin 23№-li Yaradıcılıq Mərkəzi dərnək üzvlərinin düzəltdiyi “Qız qalası” əl işi pansionata hədiyyə edilmişdir .