17.03.2015

Suraxanı və Qaradağ rayonlarında səyyar qəbullar keçirilib

 

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar martın 13 – ü Suraxanı və Qaradağ rayonlarında keçirilmişdir. Suraxanı rayonu üzrə 84 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 65, 76, 79, 84, 85, 87, 89, 97, 101, 104, 114, 118, 140, 141, 146, 154, 196, 208, 226, 232, 270, 275, 278, 279, 280, 281, 282, 285, 290, 315, 316, 317, 318, 327 nömrəli məktəblər və 18 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 32 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 40 nömrəli Texniki Yaradıcılıq Mərkəzi, 45 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və 48 nömrəli Tərbiyə İşi Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.       

Qaradağ rayonu üzrə 166 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 105, 106, 110, 127, 139, 166, 180, 184, 195, 197, 222, 223, 224, 228, 233, 253, 273, 274, 288, 294, 302, 303, 319, 320, 321 nömrəli məktəblər və 19 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 41 nömrəli Texniki yaradıcılıq Mərkəzi və 44 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.        

Səyyar qəbullar saat 10:00 – da (Suraxanı), saat 13:30 – da (Qaradağ) başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Suraxanı rayonu üzrə 9 müraciət, Qaradağ rayonu üzrə isə 10 müraciət dinlənilmişdir.

Əsas müraciətlər əlavə korpusların tikilməsi, məktəblərin təmir edilməsi, mühafizə sisteminin təşkili,bufetlərdə isti yeməklərin verilməsi və istilik sisteminin təşkili ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.