01.04.2015

Eksternat imtahanları keçiriləcəkdir

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcəkdir.

Qeydiyyat 01 aprel 2015-ci il tarixdən 20 aprel 2015-ci il tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcəkdir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1.     Şəxsiyyət vəsiqəsinin natoriat qaydasında təsdiq olunmuş sürəti;

2.     2 ədəd 3x4 ölçüdə fotoşəkil;

3.     Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;

4.     Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) natoriat qaydasında təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);

5.     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaqdır. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.