02.04.2015

Kəlbəcərin işğalından 22 il ötür

Bu gün 39 nömrəli tam orta məktəbdə Kəlbəcər rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanim Şukürova açmış, vətənimizin ağrılı-acılı günlərindən bəhs etmişdir.

Tədbirdə məktəbin şagirdləri Kəlbəcərin tarixi keçmişindən, bu günündən danışmış, şeirlər demişlər.

Eyni zamanda tədbirdə "Kəlbəcər: Təbiətin möcüzəsi" adlı sənədli film nümayiş etdirilmişdir.

Tədbirdə “Silahlı Qüvvələrə İctimai Nəzarət”  İctimai Birliyinin sədri Emin Həsənli, Prezident yanında QHT-yə dəstək şurasının üzvü V.Qədirli, "Hərbi and" qəzetinin əməkdaşı T.Əzizov gənclərdə vətənpərvərlik tərbiyəsinin inkişafı mövzusunda çıxış etmişlər.

 Tədbirə xüsusi hazırlaşan 6-cı sinif şagirdlərindən Cabbarzadə Arzu, Kərimov Murad, Abdullayeva Fərid Kəlbəcərin görkəmli şairləri Şücaət və Bəhman Vətənoğlunun şeirlərini səsləndirmişlər. Səfərov Elnur və Ağasızadə Nəzrin Kəlbəcərin Milli qəhrəmanları Şahlar Şükürov və Sərdar Səfəroğlunun həyatından bəhs etmişlər.