15.04.2015

Məktəblilərin “Azərbaycan səninlədir, sənsiz deyil” Yaradıcılıq Festivalı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar Fəaliyyət Planına uyğun olaraq Bakı şəhəri 26 №-li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycan səninlədir, sənsiz deyil” adlı məktəblilərin Yaradıcılıq Festivalı keçirilmişdir.

Təhsil işçiləri və məktəblilər üçün artıq ənənəvi xarakter almış Festivalda rayonun 32 ümumtəhsil məktəbinin şagirdləri və Yaradıcılıq mərkəzlərinin dərnək üzvləri iştirak etmişdir. İki mərhələdə keçirilən Festivalda məktəblilər bədii qiraət, uşaq xalq rəqsləri, dünya xalqlarının rəqsləri, xalq mahnıları, muğam, xalq çalğı alətləri və dünya xalqlarının musiqi alətlərində ifa nominasiyaları üzrə yarışmışlar. Festivalda ümumilikdə 300-ə yaxın şagird iştirak etmişdir.

Yaradıcılıq Festivalına Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində bayram konserti ilə yekun vurulacaq, qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Binəqədi rayon İcra Hakimiyyəti, İdman və Gənclər İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.