15.04.2015

Bütün ruhu ilə Türk soyuna bağlı olan sənətkar - Zəlimxan Yaqub

Bakı şəhəri 40 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə aprelin 13-də 280 nömrəli tam orta məktəbin akt zalında  Zəlimxan Yaqubun yaradıcılıq gecəsi keçirilib. Tədbirdə şairin keçdiyi şərəfli ömür yolu vərəqlənib, zəngin yaradıcılıq xəzinəsinə müraciət olunub.

Tədbirddə məktəblilərin ifasında xalq şairinin şeir və poemalarından parçalar səsləndirilib,  mahnılar ifa edilib. Daha sonra məktəblilər və təhsil işçiləri şairə ürək sözlərini çatdırıb, onların görüşünə gəldiyi üçün minnətdarlıqlarını bildiriblər.        

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının  müavini Sevinc Hüseynova, Suraxanı rayon Yeni Azərbaycan Partiyasının icra katibi Fərman  Rəsulov,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru,  xalq  artisti  Ağalar Bayramov, xanəndə Teyyub Aslanov və başqaları  çıxış edərək  söz ustadı Zəlimxan Yaqubun həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edib, ona can sağlığı, yeni yaradıcılıq  uğurları arzulayıblar.

Sonda xalq yazıçısı Zəlimxan Yaqub  görüş iştirakçılarına minnətdarlığını bildirib, yeni yaradıcılıq planlarından danışıb və tədbir iştirakçılarını maraqlandıran  suallara cavab verib.