16.04.2015

Kosmonavtika gününə həsr olunmuş asfalt üzərində rəsm müsabiqəsi

Bakı şəhəri  21 nömrəli  Uşaq  Yaradıcılıq Mərkəzində 12 aprel Kosmonavtika gününə həsr olunmuş asfalt üzərində rəsm müsabiqəsi keçirilib.

Rəsm müsabiqəsində  təsviri incəsənət dərnəyinin üzvləri iştirak ediblər. Müsabiqədə dərnək üzvləri asfalt üzərində kosmonavtika ilə bağlı rəsmlər: kosmos, səma cisimləri, yer kürəsi və  başqa şəkillər çəkiblər. Müsabiqədə 30 rəsm sərgilənib. Müsabiqədə fərqlənən dərnək üzvlərindən Aslanlı Həcər I yer, Şahvələdov Murad II yer, Şahvələdov Emin III yerə layiq görülüb. Qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.