16.04.2015

Fəaliyyətə illik baxış və maarifləndirmə tədbirləri

Aprelin 11-də 276 nömrəli məktəbdə Yaradıcılıq Mərkəzlərinin özfəaliyyət kollektivlərinin yarımillik baxış konsertinin I mərhələsi keçirilib. Tədbirdə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi rəqs dərnəyinin üzvləri 2 nömrə ilə “Yallı” və “Polis marşı” ilə çıxış ediblər. Bu ifalar münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və bəyənilib.

Eyni zamanda aprelin əvvəlindən başlayaraq “Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi”nə uyğun davamlı maarifləndirmə işləri aparmaq məqsədilə Mərkəzin uşaq avtoşəhərciyində “Yol nişanları əlifbasını birlikdə öyrənək!”  devizi altında    müntəzəm  məşğələlər keçirilir. Aprelin 7-dən başlayaraq hər gün 164 nömrəli tam orta  məktəbin bir ibtidai sinfi bu məşğələlərdə iştirak edir. Məşğələlərə  Bakı Baş Polis İdarəsinin  yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin və DYPİ-nin əməkdaşları da cəlb olunur. Bu günə qədər  həmin məşğələlərdə 164 №-li məktəbin 1a, 1b, 1c, 1ç, 2ç  siniflərinin 168 şagirdi iştirak edib.