17.04.2015

Zərərli vərdişlərə qarşı mübarizə

Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli  tam orta məktəbdə apelin 16-da zərərli vərdişlərə, neqativ hallara qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Bakı şəhəri BPİ-nin  şəxsi heyətlə iş üzrə köməkçisi, Yetkinlik Yaşına Çatmayanlar üzrə şöbənin əməkdaşlar, Yasamal RPİ-nin aidiyyatı xidmət əməkdaşları, məktəbin rəhbərliyi, müəllim, şagird kollektivi, iştirak etmişlər.

Müasir dövrdə cəmiyyəti narahat edən və aktuallığı ilə diqqəti çəkən problemlərdən narkomaniya, alkoqolizm barədə söhbət açılmış, bu mövzuda  profilaktik iş çərçivəsində mütəxəssis maarifləndirmə və sağlam həyat tərzini təbliğ etmə sahəsində fəaliyyətin yeniyetmələr üçün önəmi vurğulanmış və yeniyetmələrlə psixoloji işin təşkili və aparılması texnikasını həkim və psixoloqlarla yanaşı müəllimlərin də fəaliyyəti qeyd edilmişdir.

Görüşdə məktəblilərlə narkomaniyaya qarşı mübarizə, şagird-müəllim münasibətləri, yeniyetmələrin davranış qaydalarına əməl etmələri mövzularında profilaktik söhbətlər də aparılmış, narkomaniya qarşı qısa film nümayiş olunmuşdur.