24.04.2015

39 nömrəli məktəbdə Azərbaycanın Əməkdar jurnalisti Aqil Abbasla görüş keçirilib

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədi ilə 39 nömrəli tam orta məktəbdə aprelin 21-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbasla görüş keçirilmişdir. 

Görüşü giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova  açmış, bu tipli tədbirlərin uşaqların tərbiyəsinə, dünyagörüşünə, bədii mütaliəsinə müsbət təsir edəcəyini xüsusi  olaraq qeyd etmiş, yazıçının  məktəblilərlə görüşünün şagirdlər üçün böyük önəm daşıdığını bildirmişdir. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbasın “Dolu” əsərinin müzakirəsi keçirilmişdir.

IX, X, XI sinfin şagirdləri iştirak etdiyi görüşdə Aqil Abbasın həyatı, fəaliyyəti və yaradıcılığı haqqında ətraflı məlumat verilmişdir. Tədbirdə, həmçinin, Aqil Abbasın eyni adlı romanının motivləri əsasında özünün ssenariləşdirdiyi “Dolu” filminin nümayişi keçirilmişdir.

Tədbirdə məktəbin 10-cu sinif şagirdi Əzimli Fəridin əsərə ithaf etdiyi poemadan danışmışdır.

Görüşdə yazıçı şagirdlər tərəfindən verilən sualları cavablandırmışdır. Tahirə xanım . Məktəbin direktoru Tahirə Şükürova məktəbin dəvətini qəbul edərək şagirdlərlə görüşə gələn Aqil Abbasa öz təşəkkürünü bildirmişdir.

Sonda tədbirdə fəal iştirak edən şagirdlər yazıçının  kitabları ilə mükafatlandırılmış və Aqil Abbas şagirdlərlə  birgə xatirə şəkili çəkdirmişdir.