27.04.2015

276 №-li məktəbdə xalq şairi Söhrab Tahirlə görüş

Bakı şəhəri Binəqədi rayonu 276 №-li tam orta məktəbdə aprelin 22-də xalq şairi Söhrab Tahirlə görüş keçirilmişdir. Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin əməkdaşı Rüstəm Ramazanov,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Allahverdi Mirzəyev,yazıçı-publisist – Kamran Nəzirli iştirak etmişdir.

Tədbiri 276 №-li tam orta məktəbin direktoru, Əməkdar müəllim Bəhram Şiriyev açmış, Söhrab Tahirin həyat və yaradıcılığı haqqında geniş çıxış etmişdir.

Tədbir məktəb şagirdlərinin Söhrab Tahirin əsərləri əsasında hazırladıqları kompozisiya ilə davam etdirilmişdir.

Dəvət olunmuş qonaqlar xalq şairinin həyat və yaradıcılığı haqqında çıxış etmiş, eyni zamanda tədbirin təşkil olunmasını yüksək qiymətləndirmişlər.

Xalq şairi Söhrab Tahir də tədbirdə çıxış edərək müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışdır.

Tədbirin sonunda Söhrab Tahir məktəb kitabxanasına və şagirdlərə kitablarından hədiyyə etmiş, xatirə şəkilləri çəkdirmişdir.