19.05.2015

Yasamal rayonunda səyyar qəbul keçirilmişdir

 

Bakı Şəhəri üzrəTəhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı- ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbul mayın 15 – i Yasamal rayonunda keçirilmişdir.Yasamal rayonu üzrə 31 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda   13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 150, 153, 158, 161, 167, 173, 175, 176, 225, 286, 308   nömrəli məktəblər və 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq –Gənclər Tennis İdman Məktəbi, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya EhtiyatlarıUşaq –Gənclər İdman Məktəbi, 11 nömrəli Uşaq –Gənclər İdman Məktəbi və 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.      

Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Yasamal rayonu  üzrə 8 müraciət dinlənilmişdir.

Əsas müraciətlər məktəblərin təmir edilməsi və kadrların təkmilləşdirilməsi ilə bağlı olmuşdur.Müəllim vəvalideynləri narahat edən bu kimi məsələlər BŞTİ- nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinəmüvafiq tapşırıqlar verilmişdir.