18.05.2015

Nizami Gəncəvinin əsərlərində əməyə, zəhmətə verilən qiymətin tərənnümü

 

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə məktəblərdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

Növbəti tədbir 186 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Mustafayevanın  hazırladığı “Nizami Gəncəvinin əsərlərində əməyə,  zəhmətə verilən qiymətin tərənnümü” mövzusunda açıq sinif saatı keçirilmişdir. Dahi Azərbaycan şairi, humanist insan, həkim-loğman, hər kəsi ədalətə səsləyən, öz nəsihətləri ilə seçilən bir ədibin yaradıcılığından, ümman dünyasından az da olsa, şagirdləri məlumatlandırmaq və şairin dünyasına baş vurmaq  tədbirdə iştirak edən hər kəsdə xoş təəssürat yaratmışdır.

Şagirdlər  bir-birindən maraqlı səhnəciklər, rəqslər nümayiş etdirmiş , şeirlər və mahnılar söyləmişlər. Tədbir zamanı rəsm qabiliyyətləri ilə seçilən məktəbin şagirdləri Nizami Gəncəvinin əsərlərinə uyğun rəsmlər çəkmiş, şagirdlərin əl işləri tədbir iştirakçıları tərəfindən bəyənilmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Arif  Xankişiyev tədbirin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda dahi şairə həsr edilmiş “Nizami” filmindən bir parça nümayiş etdirilmişdir.