19.05.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.       

Qeyd edək ki, növbəti səyyar qəbullar mayın 22 – si Səbail, mayın 23 – ü isə  Nizami rayonlarında keçiriləcək. Nizami rayonu üzrə 32 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 10, 12, 32, 61, 62, 70, 109, 129, 145, 201, 210, 214, 220, 227, 229, 238, 242, 250, 251, 272, 277, 312, 328 nömrəli məktəblər və 36 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səbail rayonu üzrə 162 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 2, 7, 49, 50, 51, 87 (axşam-qiyabi), 91, 160, 162, 163, 189-190, 203, 219, 236, 239, 329 nömrəli məktəblər və 2 nömrəli Uşaq – Gənclər Şahmat İdman Məktəbi, 9 nömrəli Uşaq- Gənclər İdman Məktəbi, 20 nömrəli UşaqYaradıcılıq Mərkəzi və 35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar  saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.