01.01.1970

Müəllimlərin yerdəyişməsi üzrə elan edilən müsabiqənin ikinci mərhələsi keçirilib

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə elan edilən müsabiqənin ikinci – test imtahanı mərhələsi keçirilib.

Yerdəyişmə üzrə keçirilən müsabiqənin bu mərhələsində müəllimlərə 40-ı ixtisas, 20-si metodika və məntiqlə bağlı olan 60 test sualı təqdim olunub.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən 393 müəllim 03.05.2016 – 10.05.2016-cı il tarixlərdə  miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş və 12.05.2016-cı il tarixədək müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etmişlər.

Müsabiqənin elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılmışlar. 


Açar sözlər: ,