03.04.2017

Eksternat imtahanları keçiriləcək

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri saat 14:00-dan 17:00-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər  3-5 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.


 

Elan

Tələb olunan sənədlər

Ərizə

Eksternlər üçün imtahan fənləri


Açar sözlər: ,