01.01.1970

İnformatika müəllimləri üçün təlimlər

Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün "Proqramlaşdırma və alqoritm" mövzusunda onlayn təlimlər keçirilir.

Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, informatika müəllimlərinin proqramlaşdırma və alqoritm bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin artırılmasından ibarətdir.

TDM-in direktor müavini Zaur Balaqadaşov tərəfindən keçirilən təlimlərdə şagirdlərin müvafiq istiqamətdə hazırlıq səviyyəsinin düzgün istiqamətlənməsini təmin etmək əsas hədəflərdəndir.

 Təlimlər paytaxtın 12 inzibati rayonu üzrə həftədə 2 dəfə könüllülük prinsipi əsasında təşkil olunur.

Qeyd edək ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023-cü ildə keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində informatika fənnindən də imtahan verəcəklər.