Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlər başlayıb.
BŞTİ-nin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma prosesi zamanı uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiya yaradılıb. Komissiyaya müraciət edən müəllimlərlə görüşlər 01-31 iyul 2025-ci il tarixlərində həftənin I-IV günləri saat 14:00-dan 17:00-dək BŞTİ-də keçiriləcək. Bu müddət ərzində təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərlə görüşlərdə onların ailə tərkibi və sosial vəziyyəti təhlil olunacaq, prioritetlər üzrə müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.
Komissiyaya müraciət edən müəllimlər şəxsiyyət vəsiqəsi, diplom və əmək kitabçasının surətlərini, həmçinin müvafiq sosial statusu təsdiq edən sənədləri təqdim etməlidirlər.
Komissiya üzvlərinin qəbul qrafiki:
Sıra №si |
Ad, soyad və ata adı |
Vəzifəsi |
Gün |
1 |
Səidə Əsəd Cavanşir qızı |
Məsləhətçi |
I gün |
2 |
Soltanzadə Nəzrin Çingiz qızı |
Məsləhətçi |
I gün |
3 |
Abbasova Gülnar Abbas qızı |
Məsləhətçi |
II gün |
4 |
Məmmədov Əhməd Əkbər oğlu |
Baş məsləhətçi |
II gün |
5 |
Eminova Taliyə Mirismayıl qızı |
Aparıcı məsləhətçi |
III gün |
6 |
Allahverdiyeva Nuridə Eldar qızı |
Aparıcı mütəxəssis |
III gün |
7 |
Səidə Əsəd Cavanşir qızı |
Məsləhətçi |
IV gün |
8 |
Soltanzadə Nəzrin Çingiz qızı |
Məsləhətçi |
IV gün |