3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) rəhbərliyi Özbəkistanda keçirilən kitab təqdimatında iştirak ediblər.
“Uşaq ədəbiyyatı-mədəni dialoqun təməli” devizi ilə təqdimatı keçirilən “Azərbaycan nağılları” və “Özbək nağılları” kitabları ölkəmizin Özbəkistandakı səfirliynin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və “Təhsil” nəşriyyatının birgə layihəsi əsasında nəşr edilib.
Nağıl kitablarında 3 nömrəli UGİM-in rəsm dərnəyinin üzvlərinin əl işləri yer alıb. Həmçinin hər iki kitabın üz qabığının illüstrasiyası 3 nömrəli UGİM-in rəsm müəllimi Nərmin Abdullayevaya məxsusdur.
Ölkəmizin nümayəndə heyəti səfər zamanı Özbəkistan Milli Kitabxanasında da olub. Qonaqlara kitabxananın tarixi və zəngin fondları haqqında ətraflı məlumat verilib.
Görüş çərçivəsində Özbəkistanın Respublika Uşaq Kitabxanasına və Milli Kitabxanaya Azərbaycan uşaq ədəbiyyatına dair 400-dən artıq nəşr hədiyyə olunub. Nəşrlər arasında iki qardaş xalqın nağıllarının tərcümələri də yer alır.