26.10.2026

Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur

Paytaxt məktəbliləri “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına  cəlb olunur. 

Əsas məqsəd şagirdlərə məktəbdə əldə etdikləri biliklərin təcrübədə tətbiqi yollarını öyrətmək, gündəlik həyatda necə istifadə olunduğunu göstərmək və təbiət hadisələrini təcrübələr vasitəsilə əyani şəkildə nümayiş etdirməkdən ibarətdir.

“Bilim Bakı” mərkəzində təlimlər “Sahibkarlıq”, “Astronomiya, kosmos və aviasiya”, “Riyaziyyat”, “Dizayn”, “Təbiət elmləri” və “Texnologiya” laboratoriyalarında keçirilir. Təlimlərdə mövzuların hər biri uşaqların yaş qruplarına, dünyagörüşünə və məktəb proqramına uyğun olaraq formalaşdırılır.

Qeyd edək ki, ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnologiyaya marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.