23.10.2013

Samara Təhsil Departamentinin müdiri Bakidadir

 May ayının 3 – ü Samara Təhsil Departamentinin müdiri Nadejda Kolesnikova nümayəndə heyəti ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində olub. BŞTİ  - nin müdiri Nailə Rzaquliyeva ilə görüşən qonaqlar Bakının təhsil həyatında son illərdə baş verən yeniliklər barədə məlumat alıblar. Nümayəndə heyətinin tərkibində Moskva Şəhər Pedaqoji Universitetin Samara filialının direktoru Qalina Karlovskaya da olubvar.


Bakı Slavyan Universitetində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil olunan “Azərbaycanşünaslığın aktual problemləri” konfransında iştirak etmək məqsədilə edilən səfər həftə sonu başa çatacaq. Səfər çərçivəsində qonaqların Bakının bir neçə təhsil müəssisəsində olacağı da gözlənilir.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Samara Təhsil Departamenti arasında qarşılıqlı əməkdaşlıq mövcuddur.