24.01.2014

Olimpiadanın II turunun nəticələri elan edilib

Məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turunun nəticələri artıq elan edilmiş və məktəblərə göndərilmişdir.
Fənn olimpiadalarının şəhər mərhələsinin II turu IX - XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, biologiya, fizika, kimya və informatika fənləri üzrə təşkil edilmişdir. II turda ümumilikdə 7 fənn üzrə 18 şagird I, 24 şagird II, 30 şagird isə III yeri qazanmışdır.
Qeyd edək ki, olimpiada yanvarın 12-si 258 saylı orta məktəbdə baş tutmuşdur.